Putin Ərdoğana SİRRİNİ açdı - "Hər səhər bundan yeyirəm və..." - ARAŞDIRMA



 20:31 05.09.2022     2210

Rusiya prezidenti Putin  səhər yeməyində yulaf əzməsi yediyi barədə media önündə çox danışıb. Hətta, çoxlarının yulaf əzməsini südlə bişirib yediyinə baxmayaraq, suda bişiriləni xoşladığını  da vurğulayıb.  İndi isə məlum oldu ki, Putin illərdir dəyişdirmədiyi səhər yeməyi menyusunu   Türkiyə prezidenti Ərdoğana da tövsiyə edib.

Keçən il İdlibdə yaşanan böhranın ardınca ən çox gözlənilən görüş  Putinlə Ərdoğan arasında baş tutacaq görüş idi.

Bir gün iki liderin görüşü baş tutdu. Türkiyəli jurnalist Nuray Babacanın yazdığı xəbərə görə, Rusiya prezidenti Putin Ərdoğana hər gün səhər yeməyində qaragilə, yulaf əzməsi yediyini və süd içdiyini söyləyib, bu menyunu ona da tövsiyə edib.

Babacanın yazısından sitat: "Xarici ölkələrə edilən səfərlər zamanı gərgin müzakirələrdən əvvəl ortamı yumşaltmaq üçün bəzi söhbətlər edilir. Bu söhbətlərin mövzusu ya yeni qalstuk, ya da atılan artıq çəkilər olur.
 

Prezident Ərdoğanın Moskva səfərində də bənzər olay yaşandı. Suriyadakı, İdlibdəki gərgin vəziyyəti müzakirə etməzdən öncə, Putinin sevimli qəlyanaltı menyusundan söz açdığını öyrəndik.

Yulaf əzməsi, süd və qaragilədən uzun-uzadı danışan Putin qaragilənin faydaları haqqında bəhs etməkdən yorulmayıb. Qeyd edək ki, qaragilə və yulaf əzməsi  "yeni nəsil səhər yeməyi" sayılır. Qaragilənin qanda şəkəri  tənzimlədiyi, göz və beyin sağlamlığı üçün faydalı olduğu, ürək xəstəliklərinə tutulma riskini azaltdığı, üstəlik, təbii antidepresan olduğu məlumdur.

Amma yenə də, Putin qızarmış çörək, müxtəlif növ pendirlər, zeytun, souslu pomidor və göyərtilərlə bəzənmiş Türk səhər süfrəsini sınamalıdır, bizcə..."

Bəs, Putinin sevdiyi yulaf əzməsi sıyığı necə hazırlanır?

Hər sağlam qidanın içində mütləq yulaf əzməsi olmalıdır. Yulafı mükəmməl qida edən ən əsas xüsusiyyəti, onun düşük glisemik indeks'ə malik olmasıdır. Yəni, keyfiyyətli karbohidrat mənbəyidir.

 

Həzm sisteminin və qan dolaşımının ən gözəl enerji qaynağı da yulaf sayılır.

Gün ərzində artıq çəkidən xilas olmaq istəyənlər və gümrahlığını qorumağa çalışanlar mütləq yulaf əzməsi yeməlidirlər.

Beta-qlükan yulaf və ya çörək mayasından əldə edilən bir lifdir.  Özəlliklə, yulaf beta-qlükanla zəngindir.

Bu liflər həm immuniteti gücləndirir, həm ürək-damar sisteminin sağlamlığına yaxşı təsir edir, həm də diabetə yaxalanma riskini azaldır.    Xolesterol səviyyəsini nizamlayan yulaf əzməsi ürək çatışmazlığından əziyyət çəkənlər üçün də faydalıdır. Yüksək təzyiqi olanlar da    gərək yulaf əzməsinə üz tutsunlar.

Tibb alimləri yulaf əzməsinin faydasını əsas 3 addımda anladır:

1. Xolesterolu azaldır;

2. Qanda şəkəri tənzimləyir;

3. Mədə-bağırsağın  işini nizamlayır;

 

Yulaf  taxılkimilər sinfinə aid deyil. Buna görə də, təbii yulafda qlüten yoxdur. Qlüten yoxdursa, sağlamlıq var deməkdir.

Keçək yulaf sıyığının hazırlanmasına:

5 xörək qaşığı yulaf əzməsi

1 stəkan süd və ya su

1 çay qaşığı darçın tozu

2 ədəd qoz, zövqə görə qaragilə

Üzərinə tökmək üçün bal, yaxud bəhməz, 1 porsiyalıq mövsümi meyvələr,

Hətta, zövqə görə, 1 çay qaşığı küncüt

 

1 stəkan südü, yaxud suyu bir tavaya tökün. Yulaf əzməsini və darçın tozunu əlavə edin. Orta səviyyədə odda bişirin. Yulaf əzməsinin rəngi tündləşməyə başlayanda götürün. Hazır sıyığı şüşə, yaxud şirəli qaba çəkin. Bir az soyumasını gözləyin.

Üzərinə zövqə görə bal, yaxud bəhməz tökün.

Mövsümi meyvələrdən hansını istəsəniz, dilimləyib üstünə düzə bilərsiniz.

Kişmiş, qaragilə, qoz ləpəsi kimi çərəzləri də yulaf sıyığı ilə iştahla yemək mümkündür.

Bahadur Seyidov