Xəbərdarlıq: Onlar da mutasiyalı virusa yoluxa bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun fərqli mutasiyalarına yenidən yoluxmağın mümkün olduğunu açıqlayıb.
Nexeber.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.
Cənubi Afrikada əvvəllər COVİD-19-a yoluxmuş şəxslərin testlərinin müsbət çıxması barədə məlumatların artmasına diqqət çəkən ÜST SARS-CoV-2-nin müxtəlif mutasiyalarının xəstəlik keçirmiş insanlarda yeni infeksiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.