Dünyanın ən sürətli interneti olan 10 ölkə - Azərbaycan...

 12:36 03.01.2023     359

Bəzən internetdən film və ya albom yükləmək saatlarla vaxt aparır. Lakin bəzi ölkələrdə internet sürəti o qədər yüksəkdir ki, faylları saniyələr ərzində yükləmək mümkündür.

Demedia.az xəbər verir ki, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur.

Azərbaycanın yer almadığı dünyanın ən sürətli interneti olan 10 ölkənin siyahısını təqdim edirik:

10. MACARISTAN

İnternet sürəti: 99,74 Mbps

Filmi 43 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

9. MONAKO

İnternet sürəti: 104,98 Mbps

“The Sims”i 142 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

8. HONG KONG

İnternet sürəti: 105,32 Mbps

Albomu 0,38 saniyəyə endirmək üçün kifayət qədər sürətli.

7. İSVEÇRE

İnternet sürəti: 110,45 Mbps

Filmi 41 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

6. İSLANDİYA

İnternet sürəti: 116,88 Mbps

Bütün “Harry Potter” kitablarını 12 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

5. LÜKSEMBURQ

İnternet sürəti: 118,05 Mbps

“Sürətli və Qəzəbli” filmlərin bütün seriyasını 154 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

4. Gibraltar

İnternet sürəti: 183,09 Mbps

Filmi 26 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

3. ANDORA

İnternet sürəti: 213,41 Mbps

“Üzüklərin kralı” trilogiyasının 4K uzadılmış versiyasını 130 saniyəyə yükləmək üçün kifayət qədər sürətli.

2. CERSİ ADASI

İnternet sürəti: 218,37 Mbps

Filmi 10,4 saniyəyə yükləmək üçün kifayət qədər sürətli

1. LİXTENSŞTEYN

İnternet sürəti: 229,98 Mbps

Albomu 0,05 saniyəyə endirmək üçün kifayət qədər sürətli.