Tələbə şortiklə zibil atmağa çıxdı - Saçından tutub sürükləndi



 13:33 17.05.2021     387

Antalyada universitet tələbəsi Elif Ülkü Eroğlunun şortiklə küçəyə çıxıb zibil atması baha başa gəlib.

Qonşusu Mahsun Tatar ona geyiminə görə irad tutduqda "səndən nə geyindiyim üçün icazə almalıyam?" deməsi kişini özündən çxarıb.

Nəticədə onun saçlarından tutub küçə boyu sürüyüb.

Nexeber.az  milliyet-ə istinadən xəbər verir ki, ifadəsi alınan şəxs sərbəst buraxılıb. Sosial mediada bu insident geniş müzakirələrə səbəb olub. Əksəriyyət qızın müdafiəsinə qalxıb.