10 min dolları oğurlandı - Ağlama səhnəsi hamını təsrirləndirdi



 14:00 17.05.2021     503

Ramazan bayramının son günündə istanbulun mərkəzinə gəzməyə çıxan omanlı turist dələduzlara tuş gəlib.

Nexeber.az milliyet.az-a istinadən xəbər verir ki, özlərini polis kimi təqdim edən iki şəxs ona fiziki təzyiq göstərərək, 10 min dollarını mənimsəyiblər. Başına tapança dirəyib pulunu əlindən alıblar. Ən təsirli səhnə isə turistin küçədə göz yaşları içində əlini göyə qaldırıb yalvarması olub. Faktla bağlı təhqiqata başlanılıb.