Bu bürcün adamları ən yaxşı dostdur - Sadiq, güvənilir və...



 11:02 21.07.2023     454

Dost sözü güvənilən, səmimi insanlar üçün istifadə olunur. Dostlarınızla hər şeyi asanlıqla paylaşa bilərsiniz. Bəs, hansı 3 bürc ən yaxşı dostdur?

Demedia.az xarici KİV-ə istinadən ən sadiq dost olan 3 bürcü sizlərə təqdim edir:

Qoç

Qoç bürcü insanların dərdlərinə pulsuz qulaq asırlar. Onlar hər şeyin dərmanı olmağa çalışırlar. Onlar yardımsevər və fədakardırlar. Qarşılıq gözləmirlər. Onlar səmimi davranırlar. İstəmirlərsə, heç vaxt problemə qulaq asmırlar və danışmırlar. İddiaçılıq heç onlara yaraşmaz.

Buğa

Buğa bürcləri kömək edə bildikləri zaman geri çəkilmirlər. Onlar əllərindən gələni etməyə çalışırlar. Yanındakı insana mənəvi güc verə bilirlər. Onlar qətiyyən inciməzlər. Yetər ki, sözlər nəzərə alınsın. Buğa dostluğu ilə məşhurdur. Dostlarının problemlərini öz problemləri kimi görə bilirlər.

Qız bürcü

Qız bürcü hər dərdə dərman olmağı sevir. Onlar həll yollarını tapmağı xoşlayırlar. Praktik zəkaları ilə ətraf mühitin adamı olurlar. Qız bürcünün dostluğu uzunmüddətlidir. Dostlarına dəyər verirlər. Dostluqlarını asanlıqla bitirmirlər.(baku.ws)