Orqanizmi ən sağlam olan və tez-tez xəstələnən BÜRCLƏR
Bürclər insanların həyatı haqqında ən dərin məlumatları verə bilən məvhum olaraq qiymətləndirilir. Xarakter keyfiyyətlərindən tutmuş, fiziki özəlliklərinə, düşüncə tərzlərinə, xəstəliklərinə qədər hər mövzuda insanlardan xəbərçidir.
Bəs görəsən xəstəliklərə qarşı ən dözümlü və sağlam bürc, eləcə də tez-tez xəstələnən bürc hansıdır?
Demedia.az xarici KİV-ə istinadən bu sualların cavabını və bürcünüzə görə yoluxma ehtimalınız yüksək olan xəstəlikləri sizlərə təqdim edir:
Bütün dünyada həyat tərzi nəzərə alınmaqla ən sağlam bürc Qız hesab olunur. Hər zaman özlərinə diqqət etdikləri üçün xəstəliklərlə mübarizə aparmaq məcburiyətində qalmırlar. Ümumilikdə sağlam qidalansalar da, ara-sıra mədə ağrılarından şikayətlənə bilərlər.
Tez-tez xəstələnən bürclərə gəldikdə isə siyahının başında buğaların adı yazılır.
Buğaların başına nə gəlirsə, özlərinə diqqət etmədikləri üçün gəlir. Buğadan sonra isə ardıcıllıq Əkizlər ilə davam edir. Hər zaman özlərinə çox güvənən bu bürclər bilək, ayaq və bu kimi sümük qırıqları ilə üzləşirlər.
Bürcünə görə orqanizmin hansı xəstəliklərə yatqındır? İndi isə bu sualın cavabını təqdim edirik:
Qoç - Baş ağrısı
Buğa - Soyuqvurma və qrip
Əkizlər - Sümük qırılmaları
Xərçəng - Mədə-bağırsaq problemləri
Şir - Ürək çatışmazlığı
Qız - Mədə ağrısı
Tərəzi - Böyrəkdə narahatlıq
Əqrəb - Cinsi problemlər
Oxatan - Diş və qaraciyər
Oğlaq - Diş və sümük
Dolça - Qan dövranı sistemi narahatlıqları
Balıq - Ayaqlarda ağrılar
BAKU.WS