Məşhur serialda AZƏRBAYCAN SƏHNƏSİ - Video
Türkiyənin ən reytinqli, dünyaca məşhur serialında Azərbaycandan danışılıb.
Nexeber.az bildirir ki, bir neçə gündür sosial şəbəkələrdə yayılan məlumat özünü doğruldub. Azərbaycanlı tamaşaçıların da maraq dairəsində olan “Çukur” serialı son bölümündə Doğma Çay olan “Azerçay”a yer ayırıb.
Serialın bir səhnəsində Mədət personajı əsas qəhrəmanlardan olan Vartoluya “Azerçay”ın dəmli buket növlü çayını verir və bunun qardaş ölkə Azərbaycandan göndərildiyini deyir. Vartolu isə çayı içdikdən sonra çox bəyəndiyini, çaya görə azərbaycanlı qardaşlara təşəkkürünü bildirir.
Bildirək ki, 100 faiz təbii olan dogma cay “Azerçay” markası dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” adıyla satışa çıxarılır.
Yerli tamaşaçılarımızın marağına səbəb olan həmin səhnəni sizə təqdim edirik: