70 il evli olan cütlük əl-ələ verib, dəqiqə fərqi ilə öldü



 15:45 21.01.2021     241

70 il evli olan amerikalı Dik və Şirli Muk koronavirus səbəbindən aralarında bir neçə dəqiqə fərqi ilə vəfat ediblər.

Nexeber.az xəbər verir ki, bu barədə “5 Nyus” kanalı məlumat yayıb.

Dekabrın sonunda Ohayo ştatının 89 yaşlı sakini Dik və onun 87 yaşlı həyat yoldaşı Şirli evlilikərinin 70-ci ildönümünü qeyd etdikdən dərhal sonra özlərini pis hiss etməyə başlayıblar. Onlar 8 yanvar tarixində koronavirus testinin müsbət nəticəsi ilə xəstəxanaya yerləşdiriliblər.

Cütlüyün vəziyyəti tez bir zamanda pisləşib və müalicə üçün bütün imkanlar tükənib. Buna görə də qohumları xəstəxana işçilərindən Dik və Şirliyə son dəqiqələri birlikdə keçirməyə şərait yaratmağı istəyib.

Onlar yanvarın 16-da bir neçə dəqiqədə fərqlə, əl-ələ tutaraq dünyalarını dəyişiblər.

Qeyd edək ki, cütlüyün 5 övladı, 13 nəvəsi və 28 nəticəsi var.