Günahları dərəcələrə bölmək olarmı?
Kiçik günahları böyük günah hesab etmək olarmı?
Bəzi hallarda kiçik günahlar böyük günah hökmündə gedir. Bu hallar ilə tanış olaq:
1. Kiçik günahı yerinə yetirməkdə təkid etmək. Kiçik günahı davamlı olaraq təkrar yerinə yetirmək, onu kəbirə günaha çevirər. Əgər insan bir günah etsə və tövbə etməsə təkid etmək hesab olunar. Kiçik günahları sapa bənzətmək olar ki, çoxlu təkrar etməyi nəticəsində qalın kəndirə çevrilər və parçalanması çətin olar. İmam Əli (ə) buyurur: "Günahlarda təkid etməkdən çəkinin, çünki ən böyük xatadır".
2. Günahı kiçik hesab etmək. Günahı kiçik hesab etmək onu böyük günaha çevirər. İmam Əli (ə) buyurur: "Ən böyük günah - o günahdır ki, günahkar onu kiçik hesab edər".
3. Günah edən zaman xoşhal olmaq. Günahı yerinə yetirən zaman sevinmək, həmin günahı böyüdər. İmam Əli (ə) buyurur: "Pislərin ən pisi o kəsdir ki, pisliyi yerinə yetirməkdən sevinər".
4. Üsyan üzərindən edilən günah. Kiçik günahı böyük günaha çevirən amillərdən biri də günahı üsyan üzündən yerinə yetirməkdir. Qurani-Kərimdə oxuyuruq: "Amma kim (dünyada) tüğyan etmişsə, və dünya həyatını (axirətdən) üstün tutmuşsa, şübhəsiz, onun yeri Cəhənnəmdir!". ("Naziat" 37-39).
5. İlahi möhlətə görə qürurlanmaq. Kiçik günahı böyük günaha çevirən əməllərdən biri də budur ki, günahkar Allahın ona verdiyi möhlətə görə qürurlanar və elə bilər ki, Allahın sevimlisidir. "Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: "(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?". Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir". ("Mücadilə" 8).
6. Günahı aşkar etmək. Günahı aşkar etmək də kiçik günahı kəbirə günaha çevirər. İmam Əli (ə) buyurur: "Günahları aşkar etməkdən çəkinin ki, o, ən ağır günahlardandır".