60 ildir yuyulmayan qazanda yemək bişirirlər



 21:00 29.10.2023     1432

Tokioda "Abe-Çan" ailə restoranı 1933-cü ildə yaradılıb. Onun menyusu əsasən qrildə bişən yeməklərdən ibarətdir. Bu yeməklər donuz əti, mal əti, toyuq, tofu və ya tərəvəz tikələrindən, həmçinin Yaponiyada məşhur olan bir porsiyasının qiyməti təxminən bir dollar olan ət kababından ibarətdir.

Kababın əti artıq 60 ildir ki, eyni qazanda hazırlanan xüsusi sousda marinadlanır.

Bütün bu illər ərzində qazan heç vaxt yuyulmayıb və onun hər tərəfi yanmış yağ və his içindədir, rəngi isə gümüşü rəngdən qara rəngə dəyişib.

Müəssisənin sahibi onun yuyulmasına ehtiyac olmamasını əcdadlarının adət-ənənələrini qoruyub saxlamaq istəyi ilə izah edir. Onun sözlərinə görə, xüsusi "Abe-çan" kababını daddıqdan sonra hələ heç kim mədədə narahatlıqdan şikayət etməyib.
Bu qazanı görən jurnalistlər onu "fil ayağı" və Çernobıl AES-in reaktorundan axan radiasiya yayan ərimiş kütlə ilə müqayisə ediblər.(oxu.az)