Övladına 11 ad qoymaq istədi
Cütlük yeni doğulan uşağına 11 ad qoymaq istəyib.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İspanyada baş verib . Beə ki, Hueskar hersoqu Fernando Juan Fitz və James Stuart Solisin uşağına 11 müxtəlif ad qoymaq istəyib.
İspan aristokratiyasının öndə gələn simalarından olan Hueskar hersoqu yeni doğulan uşağa 'qanunsuz' ad verdiyi səbəbiylə tənqid hədəfinə çevrilib.
Onlar övladının adını "Sofía Fernanda Dolores Cayetana Teresa Ángela de la Cruz Micaela del Santísimo Sacramento del Perpetuo Socorro de la Santísima Trinidad y de Todos Los Santos" qoymaq istəyiblər.
"El Pais" qəzeti körpənin adının böhrana səbəb olduğunu və vətəndaşlıq qeydiyyatı idarəsinin belə uzun adı qeydə ala bilməyəcəyini yazıb. Səlahiyyətlilər bu qədər adın qanuni həddi aşdığını bildirdi.