Türkiyənin ilk robot aktrisası izləyicilərlə görüşdü
Türkiyənin ilk robot aktrisası Aypera İstanbulda izləyicilərlə görüş keçirib.
Nexeber.az oxu.az-a istinadən xəbər verir ki, ölkənin ilk rəqamsal insanı 26 oktyabr 2020-ci ildə "doğulub", amma 21 yaşındadır.
"İstanbulluyam amma internetdə doğulmuşam", - deyə Aypera öz hekayəsini insanlarla paylaşıb.
Ayperanın hazırlayan komanda 15 nəfərdən ibarətdir. Digital insanın film çəkilişləri ilə yanaşı konsert proqramlarında da çıxış etməsi planlaşdırılır.