Həyatı dəstəkləyə biləcək daha səkkiz planet tapıldı



 09:53 09.11.2023     388

TESS kosmik teleskopu artıq qalaktikamızda müxtəlif növ, kütlə və ölçülərdə bir neçə min ekzoplanet aşkar edib. Astronomlar qrupu teleskop məlumatlarını təhlil edərək super Yerlər kateqoriyasına aid olan səkkiz yeni planetin müəyyən edildiyini açıqlayıb.

TESS teleskopu günəş sistemimizdən kənarda olan planetləri axtarmaq üçün xüsusi hazırlanıb. Hazırda alimlər 400 planetin mövcudluğunu təsdiqləyiblər və daha 6000-ə yaxın obyekt ekzoplanet statusuna namizəd hesab olunur. Bu böyük siyahı arasında bir qrup alim Yerə bənzər ölçüdə səkkiz planet kəşf edib. Onların hamısı Yerlər sinfinə aiddir, yəni ölçüləri bir qədər böyükdür və kütlələri Yerin kütləsindən bir neçə dəfə çox ola bilər.

Bu planetlərin adları verilmiş, onların ölçüləri və kütlələri alimlər tərəfindən müəyyən edilib. Onlardan bəzilərini təqdim edirik:

TOI-238b: Planetin kütləsi Yerdən 3,6 dəfə, diametri isə 1,6 dəfə böyükdür.

TOI-771b: Yerin kütləsindən 2,8 dəfə və ölçüsündən 1,4 dəfə böyükdür.

TOI-871b: Yerin kütləsindən 3,8 dəfə və ölçüsündən 1,6 dəfə böyükdür.

TOI-1467b və TOI-2068b: Yerin kütləsindən 4,4 dəfə və ölçüsündən 1,8 dəfə böyükdür.

TOI-1739b: Yerin kütləsindən 4 dəfə və ölçüsündən 1,7 dəfə böyükdür.

TOI-4559b: Yerin kütləsindən 2,7 dəfə və diametrindən 1,4 dəfə çoxdur.

TOI-5799b: Yerdən 3,7 dəfə, diametri isə 1,6 dəfə böyükdür.

Alimlər mühüm xüsusiyyətlərə malik olduqları üçün daha ətraflı tədqiq edilməli olan planetləri də müəyyən ediblər. Astronomlar hesab edirlər ki, onlar müəyyən ölçülü planetlərin olmamasını izah etməyə kömək edə bilər. Hal-hazırda ölçüləri 1,5 və 2 Yer diametri arasında olan ekzoplanetlər haqqında çox az şey məlumdur. Bu, çox güman ki, bu planetlərin öz ulduzlarından güclü radiasiyaya məruz qalması və nəticədə atmosferin itirilməsi ilə bağlıdır.

Alimlər mövcud məlumatlar əsasında bu səkkiz super-Yerin atmosferlərinin modellərini yaratmışlar və nəticələr maraqlıdır. Təhlil planetlərdə karbon qazı, su və metanın olduğunu göstərir. Metanın olması həyatın mümkünlüyünü göstərə bilər. Ancaq bu həmişə belə deyil. Astronomlar bu yeni planetlərin atmosferini daha ətraflı öyrənmək üçün Uebb Kosmik Teleskopunda gələcək alətlərdən istifadə etməyə ümid edirlər.//Lent.az