Proqramda maraqlı anlar sosial mediada trend mövzusuna çevrildi
"Gəlin evi" proqramında maraqlı anlar sosial mediada trend mövzusuna çevrilib.
Demedia.az türk mediasına istinadən xəbər verir ki, Aslı Hünelin təqdimatında aparılan proqramda rəngli obrazlar iştirak edib. Bu dəfə yarışmada bir iştirakçının taxdığı nəhəng kirpiklər diqqət çəkib. Müsabiqə iştirakçısının kirpikləri sosial mediada trend mövzusuna çevrilib.
Həmin görüntülərə "Kirpik yox, süpürgə taxıb", "Bu anlar real ola bilməz", "Çox təbii görünür", "Təbii ki saçları təbiidir" kimi şərhlər edilib.