Yeni il gecəsi Bakı restoranlarında neçəyə başa gəlir? - QİYMƏTLƏR


Yeni ilə sayılı günlər qalıb. Bəziləri bayramı evdə keçirsə də, bəziləri restoranda keçirməyin daha əlverişli olduğunu düşünür. Bəs Yeni il gecəsi Bakı restoranlarda qiymətlər nə qədərdir?
Demedia.az mövzu ilə bağlı araşdırma aparıb. 1 nəfər üçün minimum qiymət 50 AZN, maksimum 700 AZN qeydə alınıb. Siyahını sizə təqdim edirik:
Movida Plaza - 50 AZN
Cratos - 150-200 AZN (sıraya görə dəyişir)
Şazeli Sahne - 250-500 AZN (sıraya görə dəyişir)
Niaqara - 150-200 AZN (sıraya görə dəyişir)
Yeni Oazis - 1 nəfər 300 AZN, 2 nəfər 150 AZN
Meridian Park - 300-700 AZN(sıraya görə dəyişir)
Meridian Garden Hall -200-250 AZN
El Piano - 200 AZN
Neolit - 200-250 AZN (sıraya görə dəyişir)
Qeyd edək ki, restoranların əksəriyyəti eyni zalda bir neçə qiymət təklif edir. Siyahıda qeyd olunan yüksək məbləğ şou proqramını daha yaxından izləmək istəyənlər üçün nəzərdə tutulub.