"Ginnesin Rekordlar Kitabı"na düşən dünyanın ən yaşlı toyuğu - FOTO
ABŞ-nin Miçiqan ştatında Pinat (fıstıq) adlı dünyanın ən yaşlı toyuğu Milad səhəri yuxuda ikən sahibinin qucağında ölüb.
Ev heyvanının 21 yaşı olub.
Quşun sahibəsi Marsi Parker Darvin heyvanın ölümündən kədərləndiyini bildirib. Qadın sosial şəbəkə hesabında toyuq üçün onlayn nekroloq yerləşdirib.
Qeyd edək ki, Darvin vaxtilə yazdığı "Mənim qızım Pinat və mən" kitabını da heyvana həsr edib.