Cəngəllikdən dəyəri 300 min olan avtomobil tapıldı
Çox bahalı “Lamborghini Aventador” idman avtomobili təsadüfən Myanmanın cəngəlliklərində tapılıb.
Demedia.az xəbər verir ki, Britaniyanın “The Sun” tabloidi yazır ki, avtomobilin qiyməti təxminən 300 min funt sterlinqdir .
“Qiymətli ultra nadir superkar Asiya tropik meşələrində zədələnmiş və tərk edilmiş vəziyyətdə tapılıb. Onun baxımsız, tozlu vəziyyəti avtomobil həvəskarlarını çaşdırıb”, - məqalədə deyilir.
Maşın meşədə dayanıb, onun bütün şüşələri sındırılıb, qırıntılar isə kabinənin içərisinə tökülüb. Yerli sakinlər idman avtomobilinin cəngəlliyə haradan gəldiyi barədə müxtəlif fikirlər səsləndiriblər.
Versiyalardan birinə görə, avtomobil narkotik alveri ilə sərvət qazanan varlı ailəyə məxsus olub. Sakinlərin sözlərinə ki, üsyançı qrup guya 2023-cü ildə sindikatı dağıdıb və əmlakını, o cümlədən bahalı avtomobili müsadirə edib.