Bu qadın saç düzümü üçün rekord qiymət ödədi



 15:40 25.02.2024     278

"Beverly" saç modelini bir çox qadın eşidib. Bu saç düzümü Beverly Lateo adlı bir qadının adı ilə bağlıdır.

Demedia.az  xəbər verir ki, bir zamanlar dünyanın ən zəngin və eyni zamanda məşhur qadını olan Lateo saç ustasına 16 min dollar ödəyib. Bununla da o, "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Məlum olub ki, o, bəşəriyyət tarixinin ən bahalı saç düzümünün sahibi olub. Həmin dövrlərdə bu milyarder qadın pul xərcləyən biri kimi tanınırdı.

Bir gün o, Londonun məşhur saç ustası Stüart Filipsin xidmətindən istifadə etmək qərarına gəlib. Lakin Lateo həmin vaxt tətildə olub. Buna görə də Stüart Filips təcili olaraq İngiltərədən İtaliyaya gətizdirilib.

Saç ustasını hava limanından dəbdəbəli limuzinə mindiriblər və Beverly Lateonun yanına gətiriblər. Elə "Baverly" saç modeli də bu hadisədən sonra dəbə minib.