Bu adam 35 ildir dayanmadan oruc tutur



 20:31 25.03.2024     250

Türkiyənin Kocaeli şəhərinin Gölcük qəsəbəsində yaşayan 58 yaşlı Osman Ay 35 ildir dayanmadan oruc tutur.

Demedia.az  Türkiyə mediasına istinadən xəbərinə görə, 58 yaşlı market satıcısı Osman Ay ibadətinə 20 yaşında başlayıb və o gündən sonra heç tərk etməyib.

"Oruc mənə fərqli bir enerji verir. Yemək-içməklə çox arası olan biri deyiləm. Əvvəl Ramazandan öncəki 3 ayı oruc tutmaqla başladım. Sonra bunu 6 ay etdim. Daha sonra illərə döndü. Allaha yalvardım ki, qarnımı deyil, könlümü doyuzdursun. Mən mənən zəngin olmaq istədim, o da verdi", - deyə Osman Ay bildirib.