Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib



 21:17 11.05.2024     425

Alimlər bir gündə Günəşdə ikinci ən yüksək dərəcəli “X” sinifli alovlanma qeydə alıblar.

Demedia.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.

“Mayın 11-də Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44 – red.) 3664 (S18W60) ləkələr qrupunda rentgen diapazonunda 46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda diqqətə çatdırılıb.

Ümumilikdə, son iki həftə ərzində ən yüksək X sinifinin 12 alovlanması baş verib.