Günün ULDUZ FALI



 09:07 20.04.2022     210

Qoç - uzunmüddətli perspektivə hesablanmış planlar qurmazdan əvvəl yaranan situasiyanı obyektiv dəyərləndirməyə çalışın. Mövqeyinizi və fikirlərinizi bölüşən insanların dediklərinə qulaq asın. İndiyədək çətin vəziyyətlərdə sizi dəfələrlə xilas etmiş nikbinlik bu gün başınıza oyun aça bilər.

Həddən artıq nikbin olsanız, bədxahlarınızla bahəm, yaranmış problemlərin çətinliyini dürüst qiymətləndirməyə bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınıza maksimum diqqət yetirin. Çətin vəziyyətə düşmüş insanlara diqqət yetirin. Diqqətli, səmimi, nəzakətli olun, münaqişələrə rəvac verməyin. Səhvlərinizi etiraf edin, çatışmazlıqları aradan qaldırın. Diqqətli olsanız, ciddi qarşıdurmanı önləyə bilərsiniz.

Buğa - xəyallar aləminə qapılmayın, illüziyaların əsiri olmayın. Adi günlərdən fərqli olaraq bu gün daha çox çalışmalısınız. Arzu olunanlarla gerçəkləri ayırmağı bacarın. Yanlışlıqlarla səhvləri gerçək saymayın.

Sizə faydalı məsləhət və ya gərəkli informasiya verməyə çalışan insanlara qıcıqlanmayın. Əks təqdirdə onlara vaxtında qulaq asmadığınıza görə sonradan təəssüflənə bilərsiniz.

Günün ikinci yarısında situasiya sizə önəmli işləri ertələyərək maraqlı layihənin reallaşdırılmasına başlama imkanı verir. Faydalı işə başlayın, vaxtınızı fövtə verməyin.

Səliqəli və təmkinli olun. Başa vurduğunuz işi yenidən yoxlamağa tənbəllik etməyin. Səhvləri aradan qaldırın.
 

Əkizlər - günün ilk yarısında yetərincə xoşagəlməz hadisələr yaşana bilər. Mürəkkəb mövzuda söhbətlərə başlamayın. Nüfuzlu insanlar sizə qarşı müsbət mövqe tutmayıblar. İşdə həmkarlar tənqidə xəsislik etmirlər. Baş verənlərə rəğmən nikbin olun, dostların xətrinə dəyməyin.

Günün ikinci yarısı romantik görüş və dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişli zamandır. Maraqlandığınız insanın diqqətinə nail olmaq üçün səy göstərin.

Kosmetik vasitələrin seçimində diqqətli davranın.
 

Xərçəng - gün ərzində yaranacaq problemlər ciddi olmasa da, çoxsaylıdır. Qıcıqlanmayın, sərt və aqressiv davranmayın. Yaxın ətrafınızdakı insanlar əvvəllər yol verdiyiniz səhvləri sizə xatırladacaqlar. Köhnə borclar, yol verilən yanlışlıqlar müzakirə olunacaq. Belə xatırlatmalar bəzən o qədər pisdir ki, sinirlərinizə nəzarət edə bilməyəcəksiniz.

Fəqət, yanınızda əsl dostlar da var. Yardım və dəstək üçün onlara müraciət edə bilərsiniz. Situasiyada müsbət dəyişikliklərə nail olmaq üçün yol, vasitə və metod həmişə var.

Günün ikinci yarısında hansısa işə başlmazdan əvvəl sizə mane ola biləcək insanı və ya nəsnəni müəyyənləşdirin. İmkan varsa, mühüm görüşü ertələyin və ya təxirə salın. Belə görüş bədxahlar ucbatından bu gün normal alınmaya bilər.

Şir - mübahisə və münaqişələrdən kənar qalmaq çox çətindir. İlk baxışdan belə təəssürat yarana bilər ki, onlar olmadan məqsədə çatmaq mümkün deyil. Belə deyil. Səbrli və təmkinli olun, maneələrdən yan keçin.

İşlərinizdə aktiv olun, ruhdan düşməyin.

Günün ikinci yarısında fəaliyyət daha effektiv ola bilər.

İşgüzar görüşlərdə nə istədiyinizi dəqiq bilin. Bu gün yol verəcəyiniz səhv və yanlışlığın fəsadları ağır ola bilər.

Diqqətli olun.

Ailədəki gərgin situasiyadan çıxış yolu yumordur. Yaxşı zarafat uzun-uzadı davam edəcək dilətutmalar və ya münasibətlərin aydınlaşdırılmasından daha effektivdir.

Alış-verişə çıxmaq, dəyər verdiyiniz insana hədiyyə almaq olar.

Qız - maraqlı olmayan, casnıxıcı, rutin işlə məşğul olanda diqqətli davranın. İntizamlı, zəhmətkeş olun. İşlərə və tapşırıqlara başdansovdu yanaşmayın. Əks təqdirdə adi günlərdən fərqli olaraq ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında ciddi problemi həll edə bilərsiniz.

Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Düşünüb-daşınmaqda fayda var. İlk baxışdan maraqsız və yersiz təsir bağışlayan təklifi rədd etməyin, tələsik qərar verməyin.

Axşam saatlarında xoş gözlənilməzlik ola bilər.

Tərəzi - yaxşı, əlverişli, düşərli gündür. Yeni imkanlar yaranacaq. Maraqlı təkliflər ala bilərsiniz. Yaşamınızda yaxşılığa doğru köklü dəyişikliklər edə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləmək və ya karyera pilləkənində qalxmaq istəyirsinizsə, yeni tələblər, sifarişlər və ya tapşırıqların öhdəsindən vaxtında gəlin. Qərar qəbul edərkən astagəl davranmayın, süst və ətalətli olmayın.

Sürətli, effektiv, qətiyyətli olun.

Günün ikinci yarısında ətrafınızdakı insanlar adi günlərdən fərqli olaraq yardım üçün sizə daha tez-tez müraciət edəcəklər. Belə müraciətləri qulaqardına vurmamaqla yanaşı, başqasının işlərini görərək öz işlərinizi unutmayın.

Mühüm informasiya alacaqsınız. Faydalı təcrübə əldə etməyə can atın.

Əqrəb - diqqətli, ciddi olun. Başladığınız işə məsuliyyətlə yanaşın. Hərdəmxəyal, yüngültaxtalı olmayın. Sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi ilə məşğul olmaq mümkündür. Sayıq olun, ciddi səhvlərə yol verməyin. Nüfuzlu insanlarla görüşmək, dövlət qurumlarına baş çəkmək, peşəkar fəaliyyət sahənizə uyğun toplantı, seminar və ya konfransa qatılmaq olar.

Günün ikinci yarısında başlayacaq münasibətlər az sonra ciddi məziyyətli olacaq. Sevdiyiniz insanla ünsiyyət sizdə xoş hisslər yaradacaq.

Axşam saatlarında ailəvi tədbir pis keçməyəcək.

Oxatan - sakit, uğurlu, xoş gün olacaq. Peşəkar fəaliyyət müstəvisində qarşınızda başgicəlləndirən perspektivlər yaranmır. Fəqət, başladığınız işləri başa vurmaq və cari problemləri həll etmək üçün münasib zamandır. Maliyyə fonu pis deyil.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylə çalışın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Müşküllərin həllinə yaradıcı yanaşın. Orijinal ideyalardan xali olmayın.

Günün ikinci yarısında ailədə kiçik mübahisə yarana bilər. Qayğıkeş, səmimi, gülərüz olsanız, problemi rüşeym vəziyyətdəcə həll edə bilərsiniz.

Axşam saatlarında gəzinti və ya qısa səfərdə xeyir var.

Oğlaq - bu gün mübarizə zamanıdır. Rəqibi seçin və onu məğlub edərək nəticədən faydalanın. Müttəfiqlərlə qarşıdurmaya başlamayın. Belə davranış yaxşı heç nə vəd etmir.

Günün ikinci yarısı mürəkkəb, qarışıq zamandır. Qıcıqlı və sinirli hərəkətlərinizin qarşısını alın. İstənilən xırda məsələ sizi təbdən çıxarmasın.

Axşam saatlarında bəyəndiyiniz, sizə maraqlı gələn işlə məşğul olsanız, əhvalınız normallaşacaq. Gəzinti, qısamüddətli səfərdə xeyir var. Bu minvalla gündəlik qayğıları müvəqqəti də olsa, unuda bilərsiniz.

Dolça - istənilən mübahisədən qalib çıxa bilərsiniz. Arqumentləriniz inandırıcı, dəlillər normaldır. Hətta indiyədək mövqelərinizi bölüşməyən və yanlış yolda olduğunuzu deyən insanlar belə haqlı olduğunuzu etiraf edəcəklər. Pis odur ki, yaxın ətrafınızdakı insanlardan biri uğurlarınıza paxıllıq edəcək. Həmin adam ifşa edilməsi çətinlik yaradacaq gizli düşmənə çevrilə bilər.

Günün ikinci yarısı peşəkar fəaliyyət üçün uğurludur. Məhsuldar və effektiv çalışsanız, parlaq sonuclara nail ola bilərsiniz.

Maraqlı məşğuliyyət tapmaqda çətinlik çəkdiyiniz üçün darıxmağınız, sinirlənməyiniz istisna deyil.

Balıqlar - işgüzar görüşə və ya danışıqlara yollanarkən məqsədinizi konkretləşdirin. Nə istədiyinizi, hədəfinizin nə olduğunu qarşı tərəfə yaxşı anladın. Diqqətli, sərvaxt olun.

Günün ikinci yarısında həddən artıq çalışmayın. Yaşam potensialının səviyyəsi aşağı olduğundan çox çalışmaq səhhətinizdə problemlər yarada bilər. Maliyyə fonu uğurludur. Gəlir, əlverişli anlaşma və sövdələşmə, yaxşı sifariş istisna deyil.

İşgüzar intuisiya sizi aldatmasın.