Qız qalasının altında da qala VAR İMİŞ - MARAQLI MÜƏMMA -VİDEO
"5 min il bundan qabaq müvafiq formalı qalalar tikilib. 5 min il bundan qabaq tikilib və orta əsrlərə qədər gəlib çatıb. Bakının Xunzar qalasına yaxın olan Təbrizdə yerləşən Darrul şəfa deyilən bir akademiya tikilib. Ora astroloji mərkəz olub. Təbrizdə yerləşən akademiyada heç nə qalmayıb. Amma bu formada və 20 metr hündürlüyündə olan qala indiyə qədər durur".
Sonxeber.az xəbər verir ki, bu sözləri ezoterik, tədqiqatçı İsgəndər Tağıyev Apa TV-yə açıqlamasında deyib. Tədqiqatçı Qız qalasının vaxtilə içəridən boş olması məsələsinə aydınlıq gətirib:
" 1964-cü ildə quyu kimi idi. Ortada 5 metrlik quyu kimi sistem var idi. 2500 il ərzində 3 dəfə sahil xətti dəyişib. 800 il keçdikdən sonra Bayıl zonasına su dolub. Bütün bunlar onu deməyə əsas verir ki, qala 11-ci əsrdə tikilib".