Alimlərin son araşdırması: Bu bölgələrdə istiyə görə yaşayış mümkün olmayacaq



 18:00 30.07.2024     447

Purdue Universitetinin araşdırmalarına görə, Qərbi Afrika və Cənubi Asiya gələcəkdə iqlim dəyişikliyinə görə insan həyatı üçün təhlükəli bölgələr ola bilər.

Demedia.az xəbər verir ki, alimlərin araşdırmasını CNN yayıb. Alimlər bunu bu bölgələrdə çox yüksək əhali sıxlığının olması və kondisionerdən istifadə imkanlarının məhdud olması ilə əlaqələndirirlər. Qlobal istiləşmə gücləndikcə, həddindən artıq, rütubətli istilərin qaynar nöqtəsi bundan sonra ABŞ-ın bəzi hissələrini, o cümlədən Orta Qərbi vura bilər.

Mütəxəssislər deyirlər ki, 2024-cü ilin qaynar yayı, gələcəyin nə qədər isti olacağı standartlarına görə sərin sayılacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 489 min insan istilərdən ölür. Bununla belə, CNN qeyd edir ki, real ölənlərin sayı daha çox ola bilər, çünki istiliklə bağlı ölümləri izləmək çox çətindir.