Bu yayın trendi - FOTO
2024-cü ilin yayının ən cazibədar və dəbli geyimləri kürəyi açıq qadın paltarlarıdır. Kürəyi açıq geyimləri həm gündəlik iş həyatına, həm gecə ziyafətlərinə geyinmək olar.
Demedia.az -ın xəbərinə görə, modelyerlər öndən sadə görünüşlü, kürəyi açıq qadın geyimlərinin çox seksual göründüyünü bildiriblər. Elə xanımlar da bu libasları sevərək seçirlər. Lakin kürəyi açıq libaslar hər bədən formasına uyğun gəlmir. Kilosu az olan xanımlar üçün daha əlverişlidir.
Bu libaslar həm sərin, həm rahat, həm də gözəldir. Kürəyi açıq libasları kətan, ipək, atlas, çit parçalardan tikdirmək olar.