"Hörümçək adam"ın ulduzu onunla EŞQ YAŞAYIR - Suda öpüşdüyünü görüblər



 22:00 03.08.2024     523

 

"Hörümçək adam"ın ulduzu, aktyor Tobi Maquayr model Babett Straybos ilə görüşməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

49 yaşlı aktyor Sardiniyaya model Babett Straybos ilə tətilə gedib.

Məlum olub ki, onun cəmi 24 yaşı var, "Abercrombie", "Realization Par" və "Free People" ilə çalışıb.

Paparazzilər suda modelin aktyoru qucaqladığını və öpüşdüyünü görüblər.