Bir dəqiqədə nə qədər söz demək olar? - DÜNYA REKORDU



 15:28 17.09.2024     427

Normal vəziyyətdə bir insanın dəqiqədə 60 sözə qədər, yəni saniyədə bir söz tələffüz edə bildiyi təxmin edilir. 

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Toronto sakini Şon Şennon nitq bacarıqlarını təkmilləşdirmək qərarına gəlib və o, buna nail olub.

Kanadalı dəqiqədə görünməmiş sayda sözləri aydın tələffüz etmək bacarığına görə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Məsələn, o, Şekspirin dünyaca məşhur “To be or not to be” monoloqunu 23,8 saniyəyə deyib. Sözügedən monoloq 260 sözdən ibarətdir. Adamın əsərdən bir parçanı nəql etmə sürətini və sözlərin sayını nəzərə alsaq, onun dəqiqədə 655 söz çıxara bildiyi məlum olub. Bu isə elə bir vaxtdır ki, adi insan dəqiqədə 60 söz sürətlə danışır, həyəcanlı vəziyyətdə isə 120-150 söz tələffüz edir. Şon sirrini açıb. Xüsusi nəfəs alma texnikası ona rekordçu olmağa kömək edib. Nəfəsini tutmağı öyrənib ki, nəfəs almadan əvvəl mümkün qədər çox söz çıxara bilsin. Rekord 20 il əvvəl qeydə alınıb və o vaxtdan bəri Şekspirin pərəstişkarına meydan oxumaq üçün heç bir cəsarətli insan olmayıb.Yeri gəlmişkən, Kitabın nümayəndələrinin özləri bu cür nailiyyətlərin qeydiyyatı üçün hələlik müraciət qəbul etmirlər.