Bu bürclər heç vaxt bir-biri ilə anlaşa bilmir - SİYAHI



 23:47 03.05.2022     2260

İnsanların çoxu öz bürclərinin xüsusiyyətlərini oxuyarkən onlara uyğun gələn bürclər haqqında maraqlanır.

Lakin digər maraqlı məqam isə hansı bürclə heç vaxt anlaşa bilməyəcəyinizi düşünməyinizlə bağlıdır.

Demedia.az bir-biri ilə yola getməyən, xüsusiyyətləri ziddiyət təşkil edən bürcləri təqdim edir:

Qoç bürcü - Qoç bürcü insanları özünə güvənən insanlardır və özlərini birinci yerə qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmanı çətinləşdirir.

Buğa bürcü- Buğa kişisinin hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi müxtəlif bürclərə malik insanlarla anlaşmaq daha çətindir.

Əkizlər - dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir.

Xərçəng bürcü - Xərçəngin əks əlaməti Oğlaqdadır. O, Oğlaq kişisi ilə demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var; Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz.

Şir bürcü - Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcü adamlarını özündənrazı hesab edir.

Qız bürcü - Qız bürcünün həddindən artıq vasvası xasiyyəti və hər bir hərəkətini əvvəlcədən hesablaması cəld hərəkət etməyi sevən Oxatan, Qoç və Şir bürcü ilə bir araya sığmır.

Tərəzi bürcü - Qoç, Xərçəng və Oğlaq bürcü üçün Tərəzilər çətin bir şəxsiyyətə sahibdirlər.

Əqrəb bürcü– Bu bürcün insanlarının həddindən artıq özlərinə istiqamətli hərəkətləri zamanla Şir, Dolça və Buğa bürclərini yorur və onlar Əqrəb bürcünə dözülməz bir insan kimi baxırlar.

Oxatan bürcü - Həvəsli və diqqətsiz Oxatan kişisinin əks bürcləri Əkizlər, Qız və Balıqlardır. Bu bürclər Oxatan insanlarını şıltaq və həddindən artıq optimist hesab edirlər.

Oğlaq bürcü- Onun əks əlamətləri Xərçəng, Tərəzi və Qoçda cəmlənib. Oğlaqların həddindən artıq səbri və nizamlılığı əks əlamətlərinə görə darıxdırıcı görünür.

 

Dolça bürcü- Dolçalar torpaq qrupuna daxil olan Buğa, Qız və Oğlaq ilə çətinliklə anlaşa bilirlər.

Balıq bürcü– Bu bürclər Balıq bürcündən xaric bürclərlə anlaşa bilmirlər. Xüsusilə Əkizlər, Qız və Oxatanlar Balıq kişisi üçün anlaşılmaz olaraq qalır.