Sirlərlə dolu AZƏRBAYCAN ŞƏHƏRİ: 100 illərdir GÖRÜN HANSI MƏQSƏDLƏ istifadə olunur
Əksəriyyəti azərbaycanlılar olan Zaqatalada iyirmidən artıq millət və xalqın nümayəndələri - ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər - yaşayır.
Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilib. Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir.Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər. Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkiblər. Pəri Qala da onlardan biridir.