Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ



 18:02 07.02.2021     546

Bibliyaya əsasən, sandıqda Müqəddəs Kitabın On ehkamının həkk olunduğu daş lövhələr saxlanılır.

Yəhudilərin Misirdən çıxışının əllinci günündə Sinay dağında Musaya verilən, xristianlığın və yəhudiliyin əsas təbərrüklərindən sayılan bu lövhələrdən biri təqribən 2600 il əvvəl müəmmalı şəkildə yoxa çıxıb.

Bu, Vavilon çarı Navuxodonosorun eramızdan əvvəl 597-ci ilin mart ayında Yərusəlimə qədəm qoyduğundan az əvvəl baş verib. Şəhər döyüşsüz təslim edilsə də, vavilonluların ələ keçirdiyi xəzinənin müfəssəl reyestrində sandığının adı çəkilmir. Sandıqdan 18 yaşlı yəhudi çarı İyexoniyanın özü ilə götürdüyü əmlakın siyahısından da bəhs olunmur - bu gənc nüfuzlu hörmətli bir dustaq kimi on min şəhər sakini ilə birgə Vavilona sürgün edilmişdi.

Nexeber.az Milli.az-a istinadən qeyd edir ki, böyük ehtimalla, şəhər təslim edilməzdən əvvəl müqəddəs təbərrük etibarlı bir yerdə gizlədilib. Amma harada?