Niyə nəfs insanın ən pis düşmənidir?



 23:13 13.02.2021     315

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

Niyə nəfs insanın ən pis düşmənidir?

Bunun bir neçə səbəbləri vardır, o cümlədən:

1. Nəfs elə düşmən deyildir ki, insan onu tanısın. Gizlidir və daxildədir, xaricdə deyildir.

2. Nəfs - məkrli bir düşməndir ki, bizi görər və biz onu görmürük.

3. Nəfsin düşmənçiliyi daimidir, müvəqqəti deyildir.

4. İman və ağıl bizi irəli aparar, mal və ev deyil.

5. Nəfs başqa düşmənlərdən fərqlənir. Başqa düşmənlər ya heyvandır - ilan kimi, əqrəb kimi, ya da insandır. Əgər düşmən heyvan olarsa, elə ki, insan ona bir şey verər bir neçə saat əlindən amanda olar.

Ancaq daxili düşmən belə deyildir. Hətta əgər ona bir şey verəsiniz - bir neçə saat aram olmaz. Əgər biz onun meyli ilə hərəkət etsək, o, bizə hücum edəcəkdir. Bizə qarşıdan hücum edəcəkdir.