Dünyada vəhşi heyvanların populyasiyası təxminən 70% azalıb



 20:22 15.10.2022     728

1970-2018-ci illər arasında dünyanın vəhşi təbiət populyasiyası orta hesabla 69% azalıb. Bunun səbəbləri davam edən meşələrin qırılması, artan istehlak və insanların ətrafı çirkləndirməsidir.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və London Zooloji Cəmiyyətinin “Canlı planet” adlı birgə hesabatında yer alıb.

Müqayisə üçün qeyd edək ki, 1970-2014-cü illərdə heyvanların azalması 60%, 1970-2016-cı illərdə isə 68% təşkil edib.

Hesabatın hazırlanması çərçivəsində müxtəlif ölkələrin alimləri qitələrdə populyasiyalarında dəyişiklikləri qiymətləndirmək üçün 5 230 heyvan növünü təhlil ediblər.

Daha çox - 94% Latın Amerikası və Karib hövzəsində vəhşi heyvanların populyasiyası azalıb. Vəhşi heyvanların sayının azalmasına görə ikinci yerdə Afrikadır - 66%. Bundan sonra Asiya-Sakit okean regionu - 55%, Şimali Amerika - 20%, Avropa və Mərkəzi Asiya - 18% gəlir.