Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir



 10:18 25.02.2021     468

Soyuq havanın bizim cildimizə təsiri dedikdə, ağlımıza ilk olaraq pis tərəfləri gəlir. Bu bir həqiqətdir.

Dərimizi qurudur, qurudan dərimizi çatladır deyə soyuq havaları sevmirik. Ancaq heç bir mövsüm qış qədər dərimizi canlandırmır. Dərinizi yaxşı nəmləndirdiyiniz müddətdə soyuq havanın zərərdən çox faydası var. Maddələr mübadiləsini sürətləndirər. Yəni, ümumiyyətlə soyuq hava gözəlləşdirər.

Nexeber.az soyuq havanın cildinizə olan xeyiri haqqında bəzi bilgiləri diqqətinizi çatdırır.

Məsamələri sıxlaşdırar

Soyuq hava insan dərisinə yaxşı təsir edir, üzdəki məsamələri sıxlaşdırır, qabarıqlığı azaldır. Ona görə də mütəxəssislər "Üzünüzü isti deyil, soyuq su ilə yuyun" deyə xəbərdarlıq edirlər. Unutmayın, soyuqda qalan hər şey büzüşər, istidə qalan hər şey yumşalar. Məsamələrimiz də belədir. Rus mütəxəssislərinə görə soyuq havanın "estetik" faydası da var.

Serotonini artırır

Qışda, soyuq havada alınan təmiz oksigen yaya nisbətən 30 faiz daha çoxdur. Qana daha çox oksigen gedəndə insanın zehni fəaliyyəti də artır. Alimlər qeyd edir ki, normal olaraq soyuq havaya çıxmaq "xoşbəxtlik sindromu" adlandırılan serotonin hormonunun ifrazını artırır. Xoşbəxtlik insanı gülmüsədər. Gülümsəmə isə ən gözəl makiyajdır.

Qan damarları işləyir

Bir çoxumuz soyuq havanın dərini qurutduğunu və büzüşdürdüyünü düşünürük. Lakin, 2010-cu ildə Harvardda aparılan bir araşdırmaya görə soyuq havalar damar sisteminin fəaliyyəti üçün çox yararlıdır. Çünki qan damarları işləyərək dəriyə qarşı həssas olmasını təmin edir. Əgər qış aylarında quru bir dəriyə sahibsinizsə üzünüzü hind qozu yağı ilə yuya bilərsiniz.

Maddələr mübadiləsini sürətləndirir

Düşünülənin tam əksinə müəyyən miqdarda soyuq havaya məruz qalmaq maddələr mübadiləsini sürətləndirərək kilo verməyə, arıqlamağa kömək olur. Bədən istiliyinin düşməsi piylənməyə səbəb olan ağ yağ toxuması hüceyrələrinin qəhvəyi rəngli yağ toxuması hüceyrələrinə çevrilməsini təmin edir.

Lazer epilyasiyasının əsl zamanıdır

Lazer epilyasiyasının payız, qış və ya yaz mövsümündə tətbiq olunması lazımdır. Çünki bu mövsümlərdə günəşin zərərli şüalarından qorunmaq mümkün olur.

Döymə üçün uyğun mövsüm

Əgər ömür boyu qalacaq döymənizin 10 günlük baxım müddətində çətinlik çəkəcəyinizi düşünürsünüzsə payız və qış ayları döymə etdirmək üçün ən doğru mövsümdür. Avropa və Amerikada döymə etdirmək üçün daha çox qış və payız ayları seçilir. Döyməyə qulluq edərkən buz tətbiqi də döymə boyasının dəri altında daha yaxşı yapışmasını təmin edər. Toxuma möhkəmləşərək içəridəki boyanı həbs edər və yayılmasına da mane olar.

Qış tərəvəzləri arıqladır

Qara kələm, ağ kələm, çuğundur, brokoli, kərəviz, ispanaq və pırasa kimi qış aylarında yetişən kök bitkilərinin kilo itkisində əhəmiyyətli rolu var. Bunun səbəbi kök bitkilərinin digər qidalarla nisbətdə ortalama iki dəfə daha çox liflə zəngin olmasıdır. Kök bitkiləri bəsləyici və bol miqdarda həll edilən liflə zəngin olduğundan həzm sistemini işlədib təmizləyir. Qandakı şəkər səviyyəsini tarazlayaraq toxluq hissi yaradır. /medicina.az