Rusiya məşhur filmin adını dəyişərək qanunsuz nümayiş etdirir



 09:22 23.12.2022     525

Rusiya kinoteatrlarında “Avatar: Su yolu” filmi nümayiş etdirilməyə başlayıb. Ancaq bunu qanuni adlandırmaq çətindir, çünki əfsanəvi franşizanın hüquq sahibi Rusiya bazarını tərk etmiş "Disney" şirkətidir.

Demedia.az xəbər verir ki, Tatarıstanda kinoteatrlarında sözügedən ekran əsəri “Fövqəlbəşər” adı altında nümayiş olunub. Bildirilib ki, ruslar bu şəkildə cəzadan yayınmağa çalışsa da, "Disney" Rusiyanı məhkəməyə verə bilər. Rusiya xarici filmlərin yayım lisenziyası olmadan qanunsuz nümayişinə görə cinayət məsuliyyəti daşıyır.