Orduda ciddi islahat aparılır - Türkiyə modeli...



 15:00 04.03.2021     849

Azərbaycan İkinci Qarabağ savaşını qalib olaraq bitirdi. Döyüş meydanında zəfər çalan Azərbaycan ordusunu daha da gücləndirmək üçün tədbirlər görülür.

Nexeber.az xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında Türkiyə Ordusu modelinin Azərbaycan Ordusu üçün nümunə götürüləcyini bildirib:

"Böyük təcrübəyə malik olan qardaş dövlət Türkiyənin təcrübəsindən, ordu quruculuğundan, yanaşmalarından geniş istifadə olunacaq. Deməzdim ki, Azərbaycan Silahlı Qüvvələri tam dəyişəcək, sadəcə, müharibədən irəli gələn təhlil aparıldı və o təhlilin nəticəsi olaraq Azərbaycan Ordusunda müəyyən islahatlar, təkmilləşdirmə prosesi gedəcək. Bu prosesin bütün sahələr üzrə aparılması nəzərdə tutulur - döyüş hazırlığı, planlar, quruluş, ştat strukturu, silah, texnika və s.

Prezident İlham Əliyevin məqsədi Azərbaycanda daha da güclü Ordunun qurulmasıdır. Bizim üçün təcrübəli Türkiyə Ordusu və müharibə sınağındanda keçmiş öz Ordumuz var".