Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib - VİDEO



 22:33 22.05.2021     615

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.

Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.