Azərbaycan Ordusu erməni tanklarının hərəkətinin qarşısını aldı - RƏSMİ



 09:56 27.05.2021     709

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin gördüyü tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.