PUA-ların Azərbaycanda istehsalı... – Dəmir



 12:22 21.06.2021     532

Türkiyə və Azərbaycan arasında yeni əməkdaşlıq layihələri çərçivəsində birgə PUA istehsalı üçün fabriklə bağlı işlər üzərində çalışırıq.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Madam ki, Azərbaycanla bağlı “bir millət, iki dövlət” deyirik, ona uyğun davranmağımızın lazım olduğunu düşünürəm. Misal olaraq PUA istehsalını götürək. Azərbaycanda PUA fabriki yaratmaq nə qədər yaxşı olardı. Mənbələrimizdən çox səmərəli istifadə etməliyik”, - İ.Dəmir bildirib.