Rus sülhməramlıları Sırxavənddə təlim keçdi



 11:41 27.07.2021     1121

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Ağdərə rayonunun Sırxavənd müşahidə məntəqəsində təlim keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Təlim məntəqələrində dərs keçən rus zabitləri hərbi qulluqçulara ərazini tərk etmə, avadanlıqları yükləmə, müxtəlif manevr, taktiki hərəkətləri açıq şəkildə nümayiş etdiriblər.

Təlim məntəqələrindən birində bölük komandirlərinə təqlid vasitələrindən istifadə edərək pozuntuların və posta mümkün hücumun qarşısını almaq kimi praktik hərəkətlər də göstərilib.