Ermənistanın Azərbaycanla sərhədində partlayış baş verdi



 11:27 28.07.2021     1051

Ermənistanın Tavuş vilayətində maye qaz tədarükü məntəqəsində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Bildirilib ki, maye qaz dolduran ZİL avtomobilinin qaz balonu partlayıb.

Hazırda hadisə yerində xilasedici qrup işləyir. Xəsarət alanlar var.