Ermənistan MN-dən itkilərlə bağlı yeni açıqlama: say artdı



 14:58 28.07.2021     1081

Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 2-si yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bir qədər öncə Ermənistan MN yaydığı məlumatda 2 erməni əsgərin yaralandığını, daha 5 əsgərin taleyinin isə naməlum olduğunu açıqlamışdı.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

***

Ermənistan MN bugünkü atışmada ölən və yaralananlarla bağlı məlumatı yeniləyib.

Bildirilib ki, Ermənistan ordusu 3 əsgər itirib, 4 əsgər isə yaralanıb.

Qeyd edilib ki, hazırda sərhəddə vəziyyət stabildir.

Xatırladaq ki, erməni Teleqram kanalları 5 erməni əsgərin məhv edildiyini yazıb.