Ordumuz 72 ermənini necə məhv edib? – İstintaq başladı



 11:23 14.02.2021     247

Ermənistanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayət törətməkdə ittiham edilən atıcı diviziyalardan birinin keçmiş komandiri saxlanılıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, keçmiş yüksək rütbəli hərbçi vəzifəsinin əksinə olaraq, 11 oktyabr 2020-ci ildə Hadrut yaxınlığında əraziyə göndərilən 72 hərbi qulluqçunu qarşılamayıb. Nəticədə hərbçilər Azərbaycanın Ordusunun hədəfinə tuş gəlib və darmadağın olub. Onlardan əksəriyyəti məhv edilib, yerdə qalanlar isə hazırda itkin sayılır.

72 nəfərlik dəstədən bir nəfər də sağ qalmayıb.

Saxlanılan komandirin adı və rütbəsi açıqlanmayıb.