Səfirliyimizə hücum edən şəxsin adı açıqlandı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin adı açıqlanıb.
Demedia.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, İran vətəndaşı Yasin Hüseynzadədir.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.