Baş nazirin müavini Böyük Britaniyanın səfiri ilə görüşüb
Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
Bu barədə Demedia.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.