Çavuşoğlu: “Bu barədə dünən səfirlərə dedik...”



 15:55 03.02.2023     384

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi Avropa dövlətlərinin İstanbuldakı konsulluqlarını terror aktları təhlükəsi adı altında bağlaması ilə bağlı məlumatı şərh edərkən deyib ki, bu ölkələri müttəfiq və dost adlandırmaq çətindir.

Demedia.az xəbər verir ki, M.Çavuşoğlu deyib: “Biz bu barədə dünən səfirlərə dedik... Bu, nə dostluğa, nə də müttəfiqliyə uyğun gəlir”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə Daxili İşlər Nazirliyi və kəşfiyyatı ilə mümkün terror aktları ilə bağlı informasiyalaarın paylaşılması dostcasına bir addım olardı, lakin konsulluqlarını bağlayan ölkələr bunu etməyiblər.

Bundan əvvəl İsveçrənin Ankaradakı səfirliyinin və konfederasiyanın İstanbuldakı Baş Konsulluğunun terror aktları təhlükəsi ilə əlaqədar müvəqqəti olaraq bağlandığı bildirilib.

Daha sonra Almaniya və Britaniyanın İstanbuldakı konsulluqları terror aktları təhlükəsi ilə əlaqədar fəaliyyətini dayandırıb.