Zelenskinin Qərbə səfəri: Yeni planlar...
Ukrayna prezidenti Zelenskinin Qərbə səfəri yeni hücum əməliyyatlarına hazırlığın tərkib hissəsidir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazaqdə deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Londona səfər edib, oradan da Brüsselə səfər edəcək:
"V. Zelenski hakimiyyət strukturlarında islahatlar apardıqdan sonra bu səfəri təsadüfi deyil. Çünki, Rusiya hərbi kəşfiyyati Qərbin müəyyən mərkəzləri tərəfindən Zelenskinin komandasına sizaraq hakimiyyətin monolitliyini pozmuşdu.
İngiltərə MI6 və ABŞ CİA vaxtında V. Zelenskinin qoruya bildilər. Demək olar ki, Ukrayna hakimiyyət yenidən formalaşıb və Rusiya ordusuna qarşı hücum əməliyyatına hazırlıq davam edir. V.Zelenskinin Qərbə səfəri yeni Qərblə Ukrayna arasında koalisiyanın sarsılmaz və iqtidarının möhkəm olduğunun mesajıdir.
Bu səfər çərçivəsində aparılan danışıqlarda Ukraynaya ağır silahların tədarükündə kecikmələrə son qoyacaq. Həmçinin Avropa İttifaqında müəyyən fikir ayrılıqları ilə bağlı məsələlər var. Bu səfərdə bir sıra açıq qalan məsələlər həll edilə bilər.
Rusiya Ukrayna müharibəsinin təsirləri regionumuza təsir edir və oradakı proseslərdən düzgün nəticə çıxarmaq mütləqdir".