Azərbaycan XİN İsrailə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Demedia.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.
"Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunub.