Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək - Ceyhun Bayramov



 15:49 16.02.2023     332

"Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək".

Demedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.

Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.

XİN başçısı Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.

C.Bayramov qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.