“Həmin şəhəri paytaxt edib Heydərabad adını verək”



 12:42 17.02.2023     394

“Bakıda binalar çox sıx tikilib. Əgər hər-hansı fövqəladə hal baş verərsə, yaranacaq vəziyyəti təsəvvür etmək çətin deyil”. 

Demedia.az xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, bir vaxtlar dəniz kənarı Yaşmada yeni gənclər üçün şəhərin tikilməsi gündəm idi: “Düşünürəm ki, bu məsələ yenidən aktuallaşmalı və yeni şəhər tikilməlidir. Həmin şəhərə paytaxt statusu verilməklə Bakıdakı dövlət müəssisələrini, universitetləri ora köçürmək lazımdır. Bu, şəhərin yükünü azaldar, tıxac və digər problemləri aradan qaldırar. Beynəlxalq təcrübədə də belə nümunələr çoxdur”. 

Azər Badamov vurğulayıb ki, bu il ümummilli lider Heydər Əliyev ili olduğuna görə yeni şəhərin tikilməsinə cari ildə başlanmalı və adı Heydərabad olmalıdır.