"Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır" - Prezident



 09:07 19.02.2023     361

"Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır".

Demedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib”.